Qılıncoynadanlarımız Avropa çempionatına gedib

Sayta qoyulub: 19:08 27.05.2012 (288 dəfə oxunub)

Slovakiya paytaxtı Bratislavada gənc qılıncoynadanlar arasında Avropa birinciliyi başlayıb. Yarışda bizin komanda da mübarizə aparır. Ölkəmizi sözü gedən sınaqda ferederasiyanın vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi ilə 7 idmançı təmsil edir.

Sablyaçı qızların yarışında Sevinc və Sevil Bünyatova bacıları ilə yanaşı, daha gənc olan Fatimə İbrahimova, oğlanların analoji yarışında isə Yusif Budaqov, Hüseyn Dadaşov və Cavanşir Səfərov körpücük üzərinə çıxacaq. Şpaqaçıların yarışına qatılan yeganə təmsilçimiz isə Kənan Əliyevdir.

XƏBƏR LENTİ