Taekvandoçularımız Koreyaya getdilər

Sayta qoyulub: 09:34 29.05.2012 (260 dəfə oxunub)

London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqları keçmək üçün Koreya Respublikasına yollanıblar. Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov məlumat verib.

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin rəhbərlik etdiyi idmançı heyətinə olimpiada iştirakçıları Ramin Əzizov (80 kq), Fəridə Əzizova (67 kq), eləcə də Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq) daxil edilib.

Olimpiya komandasının baş məşqçisi Conq Conqbay və Sun Mi Parkın, həmçinin məşqçi Elnur Amanovun nəzarətində olan taekvondoçularımız bir aylıq təlim-məşqlərin ardından vətənə dönəcəklər. İdmançılarımız bir sıra yoxlama görüşlərində də sınaqdan keçiriləcəklər.

XƏBƏR LENTİ