Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

25 min dollarlıq biletə pulsuz sahibləndilər

Sayta qoyulub: 11:24 14.02.2015 (587 dəfə oxunub)

Zinət əşyası, maşın və ya prestijli mebel qiymətinə daha çox uyğun gələn bu məbləğ idman yarışına baxmaq üçün bir oturacağın rəsmi dəyəri idi.

ABŞ-da Amerika futbolununun finalı – “Super Boul” haqqında az-çox məlumatı olanlar yəqin ki, bu fantastik qiymətdən təəccüblənməz. “Super Boul” ABŞ-ın ən vacib hadisələrindən biridir. Onun açılışında Amerikanın himnini ifa etmək üçün buranın ən məşhur müğənniləri hər şeydən keçməyə, nəhəng şirkətlər “Super Boul”a sponsorluq etmək naminə ağlasığmaz pullar tökməyə hazırdırlar. Milyonlarla sadə amerikalının ən böyük arzusu da ömründə heç olmasa bircə dəfə bu ümumamerika oyununun finalını stadiondan izləməkdir. Lakin stadionun 25 min dollarlıq fəxri kürsülərində oturmaq xam xəyallarda belə onların ağıllarına gəlməzdi.

Ona görə də 2 nəfərin bircə qəpik xərcləmədən Arizonadakı Feniks Universitetinin stadioununda,Super Boul”un ən baha oturacaqlarını əldə etməsi xəbəri mediada sürətlə yayılıb.

“A24.az” saytının “azadliq.org”a istinadən verdiyi məlumata əsasən, İrlandiyadan olan Riçard Velan və Paul McEvoy adlı 2 gəncin biletsiz, ikiqat mühafizə həlqəsindən hiss olunmadan keçərək VİP tribunaya yol tapmaları müəyyən mənada möcüzə də sayıla bilərdi.

Riçard və Paul danışırlar ki, stadiona biletsiz keçmək planı ona əsaslanırdı ki, özlərini elə təkəbbürlü tutsunlar ki, mühafizədə bu gənclərin stadion işçiləri olmasına heç bir şübhə yeri qoymasınlar. Ona görə də, həyəcanlı dəqiqələrdə sadəcə olaraq başlarını aşağı salıb mobil telefonla bir-birinə SMS göndəriblər.

Birinci nəzarət xəttini arxa qapıdan, təcili yardım əməkdaşlarının sırasına qarışaraq keçiblər. İkinci həlqədəki biletyoxlayanlardan da onlara diqqət edəni olmayıb.

Stadionda İrlandıyalıları daha bir uğurlu təsadüf gözləyib. Fəxri tribunada oturanlardan biri onlara deyib ki, 2 yer boşdur, onun sahibləri stadiondakı şouda iştirak etdiklərindən meydana çıxıblar və geri qayıtmayacaqlar. Beləliklə, Riçard və Paul oyunu 4-cü sıradan izləmək xoşbəxtliyini əldə ediblər. Bu azdır kimi məşhur amerika futbolçusu “Lawyer Milloy”un düz qarşısında oturublar. Keçmiş “Super Boul” çempionu onlara bütün oyun boyu şərhçilik edib.

Milloy sonradan, Riçard və Paulun əhvalatını “Vaşinqton Post”da görəndə baş verənlərə inanmayanların sonuncu şübhələrini də dağıdıb.

Riçard Velanın tvitterdəki fotosunu “sizinlə qarşılaşdığıma çox şadam” deyə şərh edən Milloy, öz instagramında da yazıb: “Bu 2 irlandiyalı qaqaşın bəxtinə düz mənim qabağımdakı oturacaqlar düşdü. Şir ürəyi yemək buna deyərlər, şeytan da belə soyuqqanlı ola bilməzdi. “Vaşinqton Post” özü bunlardan yazır ”

İrlandiyaliların azarkeşlik etdiyi komanda “Super Boul”u uduzsa da, onlar bu axşamı özlərinin ən uğurlu günü sayırlar.

 

a24.az

 

25 min dollarlıq biletə pulsuz sahibləndilər

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat