Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Baku Fires” mövsümdə ilk məğlubiyyətini aldı

Sayta qoyulub: 00:24 03.03.2012 (508 dəfə oxunub)

Hindistanın Mumbay şəhərində “Venky’s Mumbai Fighters” və “Baku Fires” komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 1/4 finalının ilk qarşılaşması baş tutub.

 2:3 hesabı ilə məğlub olan Azərbaycan komandası mövsümdə ilk məğlubiyyətinə uğrasa da, yarımfinala yüksəlmək üçün şanslarını saxlayıb.

Bunun üçün martın 10-da Bakıda keçiriləcək cavab matçında 4:1 hesabı ilə qalib gəlmək lazımdır. “Baku Fires” 3:2 hesabı ilə qalib gəldiyi təqdirdə isə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək çəki kateqoriyasında olan boksçular qarşılaşacaq.

Hindistan matçına qayıdaraq qeyd edək ki, müntəzəm mövsümün görüşlərindən fərqli, burada döyüşlər artan çəki kateqoriyası üzrə deyil, qarışıq aparılıb.

İlk olaraq rinqə Nikolay Veselov (73 kq) və Tomaş Yablonski çıxıb. "Baku Fires"in beloruslu legioneri polyak rəqibindən üstün olub. Üç hakimdən ikisi qələbəni Veselova verib - 47:48, 50:45, 50:45. Veselov üçün bu üç matçda üçüncü qələbədir.

Təəssüf ki, ikinci boksçumuz Vətən Hüseynli (85 kq) məğlub oldu. Bu dəfə o ukraynalı Sergey Melnikə uduzub. Venky’s Mumbai Fighters-in Hüseynlidən 5 yaş böyük olan 24 yaşlı boksçusunun xeyrinə hər üç hakim səs verib - 49:46, 48:47, 49:46.

Qaribek Qermaxanov (54 kq) öz qələbə seriyasını davam etdirir. O kifayət qədər təcrübəli rəqiblə - Asiya çempionatının mükafatçısı, 2008-ci il Olimpiadasının dörddə bir finalçısı Citender Kumarla qarşılaşıb. Döyüş dördüncü raunda – hesab Qermaxanovun xeyrinə 39:37, 38:38, 38:38 olan zaman saxlanılıb.

Semen Qrivaçev (61 kq) filippinli Çarli Suaresə məğlub olduqdan sonra qarşılaşmada hesab bərabərləşib - 47:48, 46:49, 46:49. Venky’s Mumbai Fighters-in Hacı Murtuzəliyevə (+91 kq) qalib gəlmiş Yeni Zelandiyalı boksçusu matçda son nöqtəni qoyub - 49:46, 48:47, 48:47.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat