Məsut Həşimzadə yunan-roma millisindən qovuldu

Sayta qoyulub: 20:42 04.06.2012 (319 dəfə oxunub)

Məlum olduğu kimi London Yay Olimpiya Oyunlarında iştirak edəcək Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız təlim-məşqini Bolqarıstanda keçirəcək. "Rekord.az" xəbər verir ki, Belmeken şəhərində təşkil olunacaq toplanışda bir çox güləşçimiz iştirak edəcək. Heyətə London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış bütün idmançılarımız daxil edilib. Baş məşqçi Salih Bora, böyük məşqçi Şaban Donat, məşqçilər Mutalib Yerlikaya və Turac Hüseynlinin rəhbərliyi altında Bolqarıstanda Rövşən Bayramov, Elçin Əliyev və Eldəniz Əzizli (hər üçü 55 kq), Həsən Əliyev, Kamran Məmmədov və Sakit Cəlilov (hər üçü 60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov, Rafiq Hüseynov və Elvin Mürsəliyev (hər üçü 74 kq), Saman Təhmasibi və Həmzət Yusubov (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Radomir Petkoviç (120 kq) hazırlıq prossesi keçəcəklər.
Diqqətlə nəzər yetirdikdə təlim-məşq toplanışına yollanan heyətdə lisenziya qazana bilmədiyimiz çəkilərdə də idmançıların olduğu görünür. Bunlardan isə xüsusilə diqqəti 120 kq çəki dərəcəsindəki Radomir Petkoviç çəkir. Halbuki son lisenziya yarışlarında əsasən millimizi iran əsilli Məsud Həşimzadə təmsil edirdi. Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə Həşimzadə zəif çıxışı ilə yanaşı, nizam-intizama riayət etməməsi ilə məşqçilər korpusunu səbr kasasını daşırıb. Bundan bezən federasiya isə Məsud Həşimzadəni millidən qovub.

XƏBƏR LENTİ