Gimnatımız beynəlxalq turnirdə beşinci oldu

Sayta qoyulub: 17:47 12.03.2012 (220 dəfə oxunub)

 

Gimnatımız beynəlxalq turnirdə beşinci oldu

Azərbaycan gimnastı Lalə Yusifova Riqada keçirilən ənənəvi "Baltik halqası" beynəlxalq turnirində beşinci yeri tutub.

Respublika Kompleks İdman Məktəbinin 16 yaşlı yetirməsi belə nəticəyə finalda lentlə hərəkətlərdə nail olub. Bu baradə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat veriblər. O, halqa və və topla hərəkətlərdə, həmçinin çoxnövçülükdə səkkizinci yeri tutub.

"Lalənin Riqada göstərdiyi nəticə heç də pis deyil, - milli yığmanın baş məşqçisi Mariana Vasilyeva hesab edir. - O, çox güclü rəqabətdə lentlə hərəkətlərdə rusiyalı Yevgeniya Kanayeva və Aleksandra Merkulova, habelə belaruslu Melitin Stanyut və Lyubov Çarkaşinadan sonra beşinci olub. Buna görə də indiki mərhələdə onun çıxışından olduqca razıyam".

Artıq bu həftənin sonunda (16-18 mart) Lalə Yusifova dünya kubokunda iştirak etmək üçün Kiyevə yollanacaq. Burada 46 ölkənin gimnastının iştirakı gözlənilir. Onunla yanaşı, yeniyetmələr arasında keçirilən paralel yarışda iştirak etmək üçün Ukrayna paytaxtına daha dörd gimnast yollanacaq. Bunlar Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (hər ikisi 1997-ci il təvəllüdlü) və Gülsüm Şəfizadə və Nilufər Niftəliyevadır (hər ikisi 1998-ci il təvəllüdlü).

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ