"Lokomotiv" braziliyalı voleybolçunu heyətinə qatdı

Sayta qoyulub: 10:03 07.06.2012 (333 dəfə oxunub)

Yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq paytaxtın "Lokomotiv" voleybol klubu heyətini gücləndirməyə başlayıb. İlk olaraq baş məşqçi məsələsini həll edən belaruslu Pyotr Hilko ilə müqavilə bağlayan "dəmiryolçular" ilk transferi reallaşdırıblar. Belə ki, komanda Brazilya yığmasının üzvü Yuliano de Nasimento ilə güclənib. Braziliyanın Solis Neste klubunun üzvü olan 30 yaşlı voleybolçu ilk dəfədir ki, öz ölkəsindən kənarda çıxış edəcək. O, vaxtilə gənclər arasında dünya çempionatının qalibi olub. 

XƏBƏR LENTİ