Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: 4 samboçumuz finalda!

Sayta qoyulub: 12:45 22.06.2015 (440 dəfə oxunub)

Bu gün "Bakı-2015" Avropa Oyunlarında sambo yarışları keçirilir. Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayır.

Azərbaycan bu yarışda 8 idmançı ilə təmsil olunacaq.

Kişilər
 
57 kq

Yığmamızın üzvü İslam Qasımov 1/4 finalda rumıniyalı Orlando Qruia ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Vaxtanqi Çidraşvili ilə qarşılaşıb. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn Qasımov finala adlayıb. Təmsilçimiz həlledici görüşdə rusiyalı Aymergen Atkunovla üz-üzə gələcək. Görüşün saat 19:18-də başlayacağı gözlənilir.


74 kq

Bu çəki dərəcəsində ölkəmizi Amil Qasımov təmsil edəcək. Azərbaycanın ən böyük qızıl medal ümidi olan Amil 1/4 finalda Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Martin İvanovla qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən A.Qasımov finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə belaruslu Stsiapan Papou ilə qarşılaşacaq. Görüş saat 20:02-də başlayacaq.

90 kq

Mübarizəyə 1/4 finaldan qoşulan Kənan Qasımov ilk görüşündə ukraynalı İvan Vasilçukla münasibətlərinə aydınlıq gətirib. Rəqibindən 2:0 hesabı ilə üstün olan Qasımov yarımfinala adlayıb. O, finala gedən yolda Rusiya təmsilçisi Alsim Çernosqulovla üz-üzə gəlib və rəqibinə 0:4 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşdə Davit Karbelaşvili ilə yarışacaq. K.Qasımovun döşək üzərinə saat 20:40-da çıxacağı gözlənilir.

+100 kq

Ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edəcək Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə qüvvəsini sınayıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə ukraynalı Razmik Tonoyanla qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Səfərbəyov finala adını yazdırıb. Samboçumuz həlledici görüşdə Artyom Osipenko (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Onun döşək üzərinə saat 21:30-da çıxacağı gözlənilir.

 Qadınlar

 
52 kq

Qadın samboçularımızdan Nəzakət Xəlilova 1/4 finalda rumıniyalı Kodrina İonesku ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 3:1 hesabı ilə məğlub edən N.Xəlilova yarımfinala yüksəlib. Qadın samboçumuz finala gedən yolda litvalı Ruta Aksionova ilə görüşüb. Rəqibindən üstün olan (4:0) samboçumuz finala adlayıb. O, həlledici görüşdə rusiyalı Anna Karitonova ilə qarşılaşacaq. Görüşün saat 19:06-da başlayacağı gözlənilir. 

60 kq

Yığmamızın üzvü Şəhanə Hüseynova mübarizəyə 1/4 finaldan start verib. O, ilk görüşündə Yana Kostenko (Rusiya) ilə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Rusiya idmançısı finala qədər irəlilədiyi üçün Ş.Hüseynova təsəlliverici yarışlara qatılıb. Gürcüstanlı Şoreno Şaradzeyə 2:0 hesabı ilə qalib gələn samboçumuz bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. O, üçüncü yer uğrunda mübarizədə belaruslu Katsiarina Prakapenka ilə yarışacaq. Görüşün startı saat 19:34-ə nəzərdə tutulub.  


64 kq

1/8 finaldan azad olan Fəridə Qurbanova 1/4 finalda moldovalı Yekaterina Sretu üz-üzə gəlib. İdmançımız rəqibinə 0:4 hesabı ilə uduzub. 


68 kq

Bu çəkidə ölkəmizi Nərminə Əlizadə təmsil edib. O, 1/4 finalda Belarus təmsilçisi Volya Nazamava ilə münasibətlərinə aydınlıq gətirib. N.Əlizadə ilk görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Əlizadənin rəqibi finala qədər irəlilədiyi üçün samboçumuz bürünc medal uğrunda mübarizəsini davam etdirəcək. O, üçüncü yer urğunda yarışda fransalı Selin Konde ilə üz-üzə gələcək. Bu görüşün saat 21:02-də başlayacağı gözlənilir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat