Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: Bu gün çıxış edən idmançılarımızın nəticələri

Sayta qoyulub: 17:53 23.06.2015 (439 dəfə oxunub)

Bakı-2015 I Avropa Oyunlarının XII günündə 9 dəst medalın sahibi müəyyənləşib. Bu dəfə iki idman növü üzrə yarışların mükafatçıları məlum olub. Bunlar qılıncoynatma və üzgüçülükdü. Bu 9 dəst medalın 7-si üzgüçülüklə bağlı olub.

Azərbaycan Avropa Oyunlarının startından bəri ilk dəfə günü medalsız başa vurub. Belə ki, bu iki növdə ümumilikdə 16 idmançımız iştirak etsə də, heç biri medalçılar sırasına düşə bilməyib.

Bu gün mükafat qazanılmadığından, Azərbaycanın aktivindəki medalların sayı 39-da qalıb.

Qeyd edək ki, I Avropa Oyunlarında artıq ümumilikdə 163 dəst medal öz sahibini tapıb.

 

Qılıncoynatma

 

Kişilər

Sablya

1. Andrey Yaqodka (Ukrayna)

2. Tiberiu Dolniçeanu (Rumıniya)

3. Alberto Pelleqrini (İtaliya)

3. Luici Mirakko (İtaliya)

 

Qadınlar

Şpaqa

1. Ana Mariya Branza (Rumıniya)

2. Yana Zvereva (Rusiya)

3. Simona German (Rumıniya)

3. Erika Kirpu (Estoniya)

 

Üzgüçülük

 

Kişilər

400 metr sərbəst

1. Pol Hentşel (Almaniya)

2. Dimitrios Dimitriu (Yunanıstan)

3. Ernest Maksumov (Rusiya)

 

50 metr kəpənək

1. Andrey Xloptsov (Ukrayna)

2. Pavel Sendik (Polşa)

3. Danil Paxomov (Rusiya)

 

4x100 metr sərbəst ötürmə

1. Böyük Britaniya

2. İtaliya

3. Rusiya

 

Qadınlar

400 metr fərdi kompleks

1. Abbi Vud (Böyük Britaniya)

2. İlaria Kusinato (İtaliya)

3. Anya Krevar (Serbiya)

 

50 metr qurbağa

1. Mariya Astaşkina (Rusiya)

2. Laura Kelş (Almaniya)

3. Nolvenn Herve (Fransa)

 

800 metr sərbəst

1. Holli Hibbott (Böyük Britaniya)

2. Anastasiya Kirpiçnikova (Rusiya)

3. Marina Atalaya Kastro (İspaniya)

 

4x100 metr sərbəst ötürmə

1. Rusiya

2. Hollandiya

3. Böyük Britaniya

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat