Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: Finala çıxan ilk boksçumuz

Sayta qoyulub: 06:33 25.06.2015 (276 dəfə oxunub)

Bu “Bakı-2015” I Avropa Oyunlarında boks üzrə 1/4 və yarımfinal oyuları keçirilib. 1/4 finalda biri qadın digəri kişi olmaqla iki boksçumuz mübarizə aparıb. Yarımfinalda isə Tayfur Əliyev və Teymur Məmmədov meydana çıxıb.

24 iyun

1/4 final

Qadınlar

60 kq

Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60 kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Təmsilçimiz Olimpiya çempionu, dünya və Avropa çempionatlarının qalibi irlandiyalı Keti Teylorla qarşılaşacaq. Döyüşün iyunun 26-da saat 12:45-də başlayacağı gözlənilir.



Kişilər

75 kq


Xaybula Musalov kişilər arasında yüngül çəki (75kq) dərəcəsində belaruslu Vitali Bandarenka ilə mübarizə aparıb. Hər üç raundda rəqibindən üstün olan Musalov yarımfinala yüksəlib. O, finala gedən yolda macarıstanlı Zoltan Harksa ilə üz-üzə gələcək. İyunun 26-da keçiriləcək döyüşün startı saat 14:15-ə nəzərdə tutulub. 

Yarımfinal

Kişilər

56 kq


Yığmamızın lidelərindən olan Tayfur Əliyev yarımfinal qarşılaşmasında  rusiyalı Baxtovar Nazirov ilə görüşüb. Bu görüşdə idmançımız 1:2 hesabı ilə uduzub.

81 kq

Digər  təmsilçimiz  Teymur Məmmədov yüngül-ağır (81 kq) çəki dərəcəsində Rusiya idmançısı Pavel Silyaqinə qarşı yarımfinal görüşünə çıxıb və 2:1 hesabı ilə qalib gəlib. İdmançımızın finaldakı rəqibi rusiyalı Valentino  Manfredonia olacaq. Həlledici döyüş sabah saat 19:00-da olacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat