Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: Bu gün yarışacaq idmançılarımız

Sayta qoyulub: 06:44 25.06.2015 (383 dəfə oxunub)

Bu gün Azərbaycan idmançıları "Bakı-2015" I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək. Təmsilçilərimiz ümumilikdə 6 idman növü üzrə mübarizə aparacaq. Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.

25 iyun

Qılıncoynatma, 09:00-dan etibarən

2012-ci il Olimpiya çempionu, azərbaycanlı qılıncoynadan Səbinə Mikina və Sevil Bünyadova cümə günü medal uğrunda mübarizədə iştirak edəcək ən güclü idmançılardır. Sablya ilə qılıncoynatma üsulu 3 növdən ən geniş yayılmış idman növüdür.

Boks 12:30-dan etibarən

Bu gün Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın 4 güclü boksçusu medal uğrunda mübarizəyə qoşulacaq.

Boksçumuz Anna Əlimərdanova  qadınlar arasında yarımyüngül çəki dərəcəsinin (51-54kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.

52kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finala çıxmaq üçün almaniyalı rəqibi Hamza Toubaya  qalib gəlməlidir. Kollazo Sotomayor  isə yarımfinal mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64kq) rusiyalı rəqibi Viktor Petrovla üz-üzə gələcək.

Cüdo 12:00-dan etibarən

2009-cu il Dünya Çempionatında bürünc, 2007-2008-ci il Avropa Çempionatında iki bürünc, 2006-cı il Avropa Çempionatında gümüş, Bakıda ötən il keçirilən "Böyük Dəbilqə" üzrə gümüş medal qazanan Kifayət Qasımova qadınlar arasında -57kq çəki dərəcəsində mübarizə aparacaq.

Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyevkişilər arasında -60kq çəki dərəcəsində tatami üzərində çıxış edəcək.

3x3 basketbol 15:00-dan etibarən

Azərbaycanın kişilər və qadınlardan ibarət voleybol komandaları ayrı-ayrılıqda Basketbol Arenasında seçmə mərhələlərdə mübarizə aparacaq.

Voleybol 19:30-dan etibarən

Qadınlardan ibarət Azərbaycan komandası 19:30-da Türkiyə ilə üz-üzə gələcək. 

Çimərlik futbolu 20:30-dan etibarən

Azərbaycanın kişilərdən ibarət komandası Çimərlik Arenasında İsveçrə ilə qarşılaşacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat