Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: İki qılıncoynadanlarımız yarımfinalda!

Sayta qoyulub: 14:46 25.06.2015 (297 dəfə oxunub)

"Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. Kişilərin rapira, qadınların sablya növündə yarışlar keçirilir.

Kişi rapiraçıların yarışında Azərbaycan heç bir idmançı ilə təmsil olunmayıb. Qadınların yarışında isə yığmamızın 4 üzvü mübarizəyə start verib.

Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova A, Fatimə İbrahimova D, Səbinə Mikina E, Sevil Bünyadova F qrupunda 1/16 finala vəsiqələr uğrunda yarışıb.

Sevinc və Səbinə qrup 1-cisi kimi birbaşa 1/8 finala, Sevillə və Fatimə isə 3-cü yerin sahibi kimi 1/16 finala yüksəlib.

Fatimə 1/16 finalda italiyalı Rebekka Qarqanoya uduzaraq mübarizəni dayandırıb – 6:15. Sevil isə polşalı Maqdalena Pasternaka 15:4 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

1/8 finaldakı 3 təmsilçimizdən yalnız Səbinə rusiyalı Yana Obvintsevaye 13:15 hesabı ilə uduzaraq yarışla vidalaşıb. Sevil və Sevinc Bünyadova bacıları isə qələbə qazanaraq 1/4 finala yüksəliblər.

Burada Sevil yunanıstanlı Vasilki Voqioka 15:12, Sevinc isə ukraynalı Alina Komaşçuka 15:11 hesabı ilə məğlub edərək yarımfinala adlarını yazdırıb. 
 
Sevinc yarımfinalda polşalı Anjelika Vatorla, Sevil isə fransalı Marqo Rifkisslə üz-üzə gələcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat