Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: Qılıncoynadanlarımızdan 1 gümüş və bürünc medal

Sayta qoyulub: 18:03 25.06.2015 (345 dəfə oxunub)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarında daha 2 dəst medalın sahibi müəyyənləşib. Kişilər rapira, qadınlar sablya növündə mükafatlar uğrunda mübarizə aparıb.

 

Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunub. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışsa da, onlardan yalnız ikisi – “Neftçi İdman Klubu”nu təmsil edən Sevil və Sevinc Bünyatova bacıları fəxri kürsüyə qalxıblar.

 

Belə ki, qadınların yarışı 36 idmançının 6 qrupda mübarizəsi ilə start götürüb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyatova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyatova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb.

 

Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.

 

Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.

 

1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaya yenilib - 13:15.

 

26 yaşlı Bünyatova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb.

 

1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb.

 

Sevinc 15:11, Sevil isə 15:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

 

Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.

 

Onun bacısı isə polşalı Anjelika Vatora 11:15 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib. Bu, yığmamızın Avropa Oyunlarında 43-cü mükafatı olub.

 

Finalda Sevil bacısının qisasını almağa çalışsa da, daha təcrübəli Vatora buna imkan verməyib. O, 15:14 hesabı ilə qələbə qazanaraq, çempion adına yiyələnib. Sevil isə gümüş medala sahib olub. Bu, millimizin Avropa Oyunlarında 46-cı mükafatıdı.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat