Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015: Cüdoçularımız üçün uğursuz gün

Sayta qoyulub: 11:31 26.06.2015 (384 dəfə oxunub)

Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir. Bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq.

Lakin Azərbaycan yığmasının üzvləri çıxışlarını başa vurublar. 3 çəki dərəcəsində tatamiyə çıxan 5 cüdoçumuzun hamısı ipponla uduzaraq, Avropa Oyunlarına vaxtından əvvəl vida edib.

 

Kişilər

73 kq

Azərbaycanı bu çəkidə təmsil edən Rüstəm Orucov 1/32 final mərhələsini azarkeş kimi izləyib. O, 1/16 finalda Kristofer Voelkə (Almaniya) qalib gələn Yaromir Yezeklə (Çexiya) qüvvəsini sınayıb. Yay Olimpiya Oyunlarının iştirakçısı döyüşə inamlı başlasa da, yekunda məğlubiyyətə üzülüb. O, 86-cı saniyədə ippona düşüb.

 

Qadınlar

63 kq

Bu çəkidə iki idmançımız çıxış edib və hər ikisi 1/16 finaldan mübarizəyə başlayıb. Xanım Hüseynova ilk qarşılaşmasında Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən döyüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Hüseynova son saniyələrdə tətbiq etdiyi yuko sayəsində 2:1 hesabı ilə qalib gəlib. O, 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gəlib və komanda yoldaşları kimi, mübarizəni dayandırıb. Hüseynova 56-cı saniydə ipponla məğlub olub.

Yığmamızın bu çəki dərəcəsində digər cüdoçusu Nuriyyə Axundova kifayət qədər təcrübəli Aqata Ozdoba (Polşa) ilə qarşılaşıb. Lakin döyüş həmyerlimiz üçün uğursuz alınıb. Axundova rəqibi qarşısında cəmi 21 saniyə tab gətirə bilib.

 

70 kq

Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunub. Millimizin üzvü Nərgiz İbrahimova 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçi sınağa çəkib. Təəssüf ki, o, startdaca Oyunlara vida edib. İbrahimova 61-ci saniyədə ipponla uduzub.

Gənc idmançımız Validə Mirzəzadə də ümidləri doğrultmayıb. 1/16 final mərhələsində özündən 7 yaş böyük olan Roksana Teymansla (Belçika) qarşılaşan həmyerlimiz döyüşü sonadək davam etdirə bilməyib. O, 112-ci saniyədə ipponla mübarizəni dayandırıb.

Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat