Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Karateçilərimiz dünya çempionatında 4 medal qazandılar

Sayta qoyulub: 21:01 16.11.2015 (269 dəfə oxunub)

Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən yeniyetmə və gənclərin doqquzuncu dünya çempionatını 4 medalla başa vurublar.Bundan əvvəlki yarışda 18-21 yaşlı gənclər arasında dünya çempionu adını qazanan birinci Avropa Oyunlarının qalibi İrina Zaretska (68 kq) bu dəfə gümüş medalla kifayə tlənməli olub.

Digər gümüş mükafatları isə Elcan Məmmədrzayev və (61 kq) Fidan Teymurova (47 kq) qazanıblar. Yarışda 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Hümmət Baxşəliyev (57 kq) bürünc medala sahib olub.

Murad Hacızadə (76 kq-dan yuxarı) ilə Fəridə Abiyeva (61 kq) bürünc medal uğrunda görüşlərdə qələbəni əldən veriblər. Roman Heydərov (kata) və Sərxan Quluzadə (84 kq-dan yuxarı) isə yarımfinala vəsiqə uğrunda görüşlərdə hakimlərin ədalətsiz qərarları nəticəsində mübarizəni dayandırıblar.

Bu nəticə ilə Azərbaycan medal qazanan 37 ölkə arasında 14-cü yeri tutub. Dünya çempionatında 91 ölkədən 1420 idmançı iştirak edib.

Yarışdan əvvəl Dünya Karate Federasiyası (WKF) Hakimlər Komitəsində imtahanlardan uğurla keçən Vüqar Kərimov, Rinad Əliyev və Nərgiz Mehdiyeva beynəlxalq dərəcələrini yüksəldiblər. Həmçinin beynəlxalq hakim Yusif Məmmədovun lisenziyasının müddəti daha 4 il artırıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov nəticədən razı qaldığını bildirib.

Ölkəmizin İndoneziyada səfirliyinin əməkdaşları yarış boyunca idmançılarımızı fəal dəstəkləyiblər.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat