Gənc boksçular Litvadakı turnirdə mübarizə aparacaq

Sayta qoyulub: 15:24 13.03.2012 (609 dəfə oxunub)

 

Gənc boksçular Litvadakı turnirdə mübarizə aparacaq

Gənc boksçularımız Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Olimpiya çempionu Dan Poznyakın xatirəsinə həsr olunmuş yarışda mübarizə aparacaqlar. Martın 15-də start götürəcək turnirdə 5 boksçumuz gücünü sınayacaq. Heyətə ötən il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı olmuş Nəsrəddin Məmmədov (56 kq), qitə çempionatının daha bir bürünc medalçısı Rahil Məmmədli (81 kq), Malik Muradov (52 kq), Abdulla Abdullayev (69 kq) və Nəbi Bağırov (75 kq) daxil edilib. Komanda Litvaya məşqçilər İlham Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi altında yola düşüb. Turnirə martın 18-də yekun vurulacaq. Qeyd edək ki, gənclərin bu il əsas yarışı oktyabrda Taylandda keçiriləcək dünya birinciliyidir. 

 

XƏBƏR LENTİ