Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Güləş üzrə Azərbaycan çempionatı: İlk günün nəticələri

Sayta qoyulub: 15:53 26.12.2015 (259 dəfə oxunub)

Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb. Çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan danışıb. Azərbaycan atletlərinin beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açan E.Cəfərov idmançılarımızın ciddi sınaq qarşısında olduqlarını diqqətə çatdırıb. Bildirilib ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına Azərbaycan pəhləvanları bu günədək 11 lisenziya qazanıblar. Qarşıda duran məqsəd lisenziyaların sayını artırmaq və Olimpiya Oyunlarında bu günədək əldə olunmuş uğuru davam etdirməkdir.  E.Cəfərov bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr ölkəmizin güclü potensialı ilə yanaşı, həm də idmana dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam etdirilib.

İlk yarış günündə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində 152 nəfər sərbəst güləşçi mübarizə aparıb. 57 kq çəkidə Mahir Əmiraslanov, 61-də Cahid Həsənzadə, 65 kq-da Ağahüseyn Mustafayev, 70 kq-da Qitinomaqomed Hacıyev, 74 kq-da isə Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionatının qızıl medalını qazanıb. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunur.


57 kq 
FİNAL 
Mahir Əmiraslanov - Bahar Cəlali 3:2
Bürünc medal görüşü 
Etibar Hacıyev - Pərviz İbrahimov 4:9
Mircəlal Həsənzadə 
1/2 final

Mahir Əmiraslanov - Pərviz İbrahimov 2:1
Yaşar Əliyev - Bahar Cəlali 3:5
          61 kq
FİNAL 

Zəlimxan Vəliyev - Cahid Həsənzadə 1:7
Bürünc medal görüşü 
Qadisa Qeriya - Mahal Novruzov 12:13
Əli Rəhimzadə - Seyidmustafa Damadi 5:4
1/2 final 
Mahal Novruzov - Zəlimxan Vəliyev 8:14
Cahid Həsənzadə - Seyidmustafa Damadi 8*:8
65 kq 
FİNAL 
Teymur Məmmədov - Ağahüseyn Mustafayev 1:2
Bürünc medal görüşü 
Rakif Məmmədov - Vurğun Əliyev 3:1
Ağabəy Ramazanov - Məhəmməd Müslümov 0:10
1/2 final

Teymur Məmmədov - Vurğun Əliyev 7:4
Ağahüseyn Mustafayev - Məhəmməd Müslümov 9:6
  70 kq
FİNAL 
Qitinomaqomed Hacıyev
 - Ruslan Əhmədov 14:4
Bürünc medal görüşü 
Fuad Məmmədov - Emin Əzizov 4:8
Ənvərbəy Dalqatov - Şöhrət Abakarov 13:2
1/2 final
 
Qitinomaqomed Hacıyev - Emin Əzizov 5:4
Ruslan Əhmədov - Şöhrət Abakarov 3:1
74 kq 
FİNAL 
Murad Süleymanov - Cəbrayıl Həsənov 
Bürünc medal görüşü 
Əşrəf Əliyev
 - Murad Hüseynli 11:0
Kənan Əliyev - Sərxan Məmmədov 10:0
1/2 final 

Murad Süleymanov - Əşrəf Əliyev 5:2
Cəbrayıl Həsənov - Kənan Əliyev 5:1
   

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat