AP-nin versiyasına görə ilin idmançısı məlum oldu

Sayta qoyulub: 00:00 27.12.2015 (155 dəfə oxunub)

Qolden Steyt komandasının pleymeykeri Stefen Karri The Associated Press-in versiyasına görə ilin ən yaxşı kişi idmançısı seçilib.

 

«Uorriors» 2015-ci ildə son 40 ildə ilk dəfə çempionluq titulunu qazandı. Karri isə çempionatın MVP-si seçilmişdi.

 

Karri bu mükafatın 85 illik tarixi ərzində laureat olan 4-cü basketbolçu olub.Ona qədər bu nüfuzlu mükafata basketbolçulardan Larri Börd , Maykl Cordan və Lebron Ceyms layiq görülüb.

 

Qeyd edək ki, AP-nin mükafatı Amerika idman jurnalistləri arasında aparılan sorğu nəticəsində qalib gələnə təqdim edilir.

 

XƏBƏR LENTİ