Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Zabit Səmədov: Jan Klod Van Dammın təklifini qəbul etdim

Sayta qoyulub: 20:18 29.12.2015 (459 dəfə oxunub)

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun  müsahibəsi

- İlk olaraq Qroznıda keçirilən yarış barədə danışaq. Qalib gəldiyiniz rəqib Pol Slavinskiyə 8 il əvvəl məğlub olmusunuz.
- Çox möhtəşəm yarış oldu. Çeçenistan prezidenti, əziz dostum Ramzan Kadırova təşəkkür edirəm. Yüksək təşkilatçılıqla yadda qalan turnirin əsas məqsədi revanş görüşünün baş tutması idi. Pol Slavinskiylə mübarizə çox maraqlı alındı. Etiraf edim ki, döyüşdən əvvəl onun dediyi sözləri mənə toxunmuşdu. O deyirdi ki, Zabit gərək revanş istəməzdi. Əminliklə söyləyirdi ki, revanş olmayacaq. Əslində mən belə sözlərə fikir vermirəm. Hər zaman istəyirəm ki, qələbə qazanım.

- Üç raund zamanı üç noqdaun oldu. Sanki görüşün tez başa çatmasını istəyirdin....
- İlk raund zamanı istəyirdim onu nokauta yollayım. Bütün raundlar üstünlüyüm şəraitində keçdi. Sadəcə, hakimlər görüşü dayandırmadı. Bəlkə də görüşü saxlamaq olardı, amma qələbə hər zaman qələbədir. Sonda hakimlərin yekdil qərarıyla qalib elan olundum. Çeçenistanda mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Arenada olan insanlar idmançını qələbəyə səsləyir. Məhz buna görə də belə turnirdə qalib olmaq sevindiricidir.

- 2008-ci ildəki görüşlə indiki revanş arasında fərq nədir?
- O vaxt mən bu qədər təcrübəli deyildim. Amsterdamda baş tutan görüşdə Slavinski hakimlərin qərarına əsasən qələbə qazanmışdı. Qroznıda Slavinski zəif idmançı olmadığını göstərdi. Üç dəfə noqdauna düşsə də, sona qədər mübarizəni davam etdirdi. Amma müqayisə etsəm, rəqib 8 il əvvəl daha güclü idi.

- 2015-ci ili özün üçün necə qiymətləndirirsən?
- Bu il mənim üçün çox uğurlu oldu. 5 görüş keçirdim. Bütün görüşlərdə qələbə qazandım. Ümumilikdə 3 ildən çoxdur ki, məğlub olmuram. Düzdür, görüşlərim çox oldu, hətta zədə aldım. Amma qələbədən sonra bütün ağrılar sağalır. 2016-cı ildə 3 görüş keçirməyi düşünürəm. Hazırda istirahətdəyəm. Həm də sol ayağımda və əlimdə olan zədələri sağaldıram. Bildiyiniz kimi, görüşdə də sol ayaqdan istifadə etmirdim. Çünki, tam sağalmamışam.

- Yenə revanşlar var?
- Surinam idmançısı, məşhur döyüşçü Errol Simmermanla revanş görüş ola bilər. Hazırda bu görüş müzakirələr səviyyəsindədir. Eyni zamanda başqa güclü idmançılarla görüşlər gözlənilir.

- Bir müddət əvvəl Badr Hariylə yenidən görüşəcəyin söylənilirdi...
- Badr Hariylə duelimiz hamı üçün maraqlıdır. Biz hər ikimiz yenidən görüşməyə etiraz etmirik. Amma heç birimizə rəsmi təklif olmayıb. Son dəfə onunla görüşəndə bu barədə danışmadıq. Bildiyimə görə, Hari daha bir görüş keçirmək istəyir və bundan sonra karyerasını başa vuracaq. Ondan soruşdum ki, son görüşdə mənimlə görüşmək istəyərdinmi? Cavab vermədi. İstənilən halda Hari güclü idmançıdır.

- Qroznıda qələbədən sonra çoxlu sayda təbriklər qəbul etmisən. Eşitdiyimizə görə, hətta Jann Klod Van Damm da təbrik edənlər sırasında olub...
- İlk olaraq möhtəşəm turnirə və qonaqpərvərliyə görə Ramzan Kadırova təşəkkür edirəm. Çox gözəl avtomobil hədiyyə etdi mənə. Maşın üçün 95 seriyalı nömrə xahiş etmişəm, onunla maşını hər yerdə sürmək imkanım olacaq. Daha bir təbrik məşhur aktyor, hollivud ulduzu Jan Klod Van Dammdan gəldi. Uşaqlıq illərində onun kinolarına baxaraq məşq etmişəm. Onu özümə kumir seçmişdim. Van Damm təbrik etdi və döyüşlərimi izlədiyini bildirdi. Belə məşhur insandan təbrik almaq çox sevindiricidir. Eyni zamanda o məni 2016-cı ildə Los-Anjelesə dəvət etdi. Orada birgə hazırlıq keçməyi təklif etdi və mən də təklifi qəbul etdim.

 

Zabit Səmədov: Jan Klod Van Dammın təklifini qəbul etdim

 

azerisport.az 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat