Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Sayta qoyulub: 07:41 30.12.2015 (340 dəfə oxunub)

Boks üzrə Azərbaycan çempionatında finalçılar məlum olub. 49 kq çəki dərəcəsinin iki əsas favoriti - Salman Əlizadə və Araz İmaməliyev yarımfinalda qalib gəliblər. Bu gün finalda "Gilan" klubunu təmsil edən iki boksçu qarşılaşacaq. 52 kq-da Kamran Məlikov "Baku Fires" klubunun üzvü Məhəmmed İbiyevi məğlub edib. Onun finalda rəqibi Məsud Yusifzadə olacaq. 56 kq-da favoritlərdən hesab olunan Tural Əhmədov Yaraş Maqomedov (Baku Fires) üzərində qələbə qazanıb. 2009-cu il dünya çempionatının iştirakçısı İlkin Ağayev (60 kq) Fərid Ağamoğlanovu üstələyərək, finala yüksəlib. Yarışın əsas gözlənilməz nəticələrindən biri 64 kq çəki dərəcəsində qeydə alınıb. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev İman Əhmədliyə uduzub.

Tamerlan Abdullayevin də (69 kq) finala vəsiqə qazanmaması sensasiya sayılmalıdır. Təcrübəli boksçu Pərviz Hüseynova məğlub olub - 1:2.

75 kq çəki dərəcəsində "Baku Fires" klubunun iki üzvü - Nikolay Veselov və Zaurbek İbrahimov finala yüksəlib.

London Olimpiadasının iştirakçısı Soltan Migitinov (Baku Fires) yarımfinalda Aleksandr Brindini texniki nokautla məğlub edib.

1/4 finalda Hacı Murtuzəliyevi məğlub edən Heydər Heydərov (91 kq) yarımfinalda da qalib gəlib. O, həlledici görüşdə Rahib Məmmədli ilə üz-üzə gələcək.

Super ağır çəki dərəcəsində Arslanbek Mahmudovla Asəf Aslanlının döyüşü mubahisə doğurub. Sonda hakimlər 2:1 hesabı ilə üstünlüyü Aslanlıya veriblər. Bu da ölkə çempionatının gözlənilməz nəticələrindəndir.

Beləliklə, ölkə çempionatının finalında qarşılaşacaq bokscular aşağıdakılardır:

49 kq. Salman Əlizadə - Araz İmaməliyev
52 kq. Məsud Yusifzadə - Kamran Məlikov
56 kq. Tural Əhmədov - Umud Rüstəmov
60 kq. İlkin Ağayev - Elməddin İsmayılov
64 kq. Xəzər Əliyev - İman Əhmədli
69 kq. Pərviz Hüseynov - Elnur Süleymanov
75 kq. Zaurbek İbrahimov - Nikolay Veselov
81 kq. Soltan Migitinov - Orxan Mayıllı
91 kq. Rahil Məmmədli - Heydər Heydərov
+91 kq. Asəf Aslanlı - Kamran Mehdiyev

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat