Iranlı hakim sablyaçımızı olimpiya lisenziyasından məhrum etdi

Sayta qoyulub: 19:25 13.03.2012 (320 dəfə oxunub)

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə dünya kubokunda Azərbaycan idmançısı olimpiya lisenziyasının bir adıımlığında mübarizəni dayandırıb. Özü də Sabina Mıkinanın çıxışı hakim qalmaqalı müşaiyət olunub. Belə ki, iranlı hakim təmsilçimizə qarşı açıq-aşkar qərəz nümayış etdirərərk onun 1/4 final mərhələsinə vəsiqə qazanmasına imkan verməyib. Mıkina qrup mərhələsinin ilk 2 görüşündə məğlub olsa da, sonrakı 3 görüşdə qalib gəlib. Ancaq Rusiyalı Yuliya Qavrilova ilə görüşdə hakimlər idmançımızı 14-15 hesabı ilə uduzdurublar. Hətta yarışı izləyən bir çox mütəsəssislər də həmin görüşdə Azərbaycan sablyaçısının qələbə qazandığını bildirib. Ancaq iranlı hakimin qərəzli qərarları buna imkan verməyib. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ