Superliqa: Təxirə salınmış oyunların vaxtı bilindi

Sayta qoyulub: 13:42 11.01.2016 (86 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrədən təxirə salınan 2 qarşılaşmanın vaxtı dəqiqləşib. “Gənclik”lə “Azəryol”un dueli sabaha təyin edilib. Vüqar Əliyevin yetirmələri bir gün sonra növbəti oyununa çıxacaq. Onların “Azərreyl”lə matçı yanvarın 13-nə təsadüf edəcək.Bu oyunlardan 7 gün sonra – yanvarın 21-də isə III dövrənin oyunlarına start veriləcək.

 

12 yanvar

VIII

16:00. “Gənclik” – “Azəryol”

“Azərreyl” İdman Bazası

 

13 yanvar

tur

16:00. “Gənclik” – “Azərreyl”

“Azərreyl” İdman Bazası

XƏBƏR LENTİ