Yeniyetmə güləşçilərimiz Gürcüstana yollanır

Sayta qoyulub: 10:44 20.06.2012 (257 dəfə oxunub)

İyunun 22-23-də Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin şərəfinə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. AGF-in təqvim planına əsasən, yarışda Azərbaycan yığma komandası da iştirak edəcək.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında qonşu ölkəyə 15 pəhləvanımız yollanacaq. 2 gün davam edəcək yarışda Seymur Hüseynov (42 kq), Mikayıl Rəhmanov və Elçin Məmmədov (hər ikisi 46 kq), Seymur Əlizadə və Elnur Həsənov (hər ikisi 50 kq), İrac Həsənzadə (54 kq), Murad Məmmədov və Qurban Dərvişov (hər ikisi 58 kq), Ruhin Mikayilov (63 kq), Şəmistan Quluzadə, İlkin Əsgərov və Sadiq Bağırov (hər üçü 69 kq), Orxan Nuriyev, İslam Abbasov və Elməddin Ramazanov (hər üçü 76 kq) və nəhayət Ramil Məmmədov (100 kq) qüvvəsini sınayacaq.

Xanmirzə Məlikəliyev hakim kimi turnirin görüşlərinin idarə edilməsində iştirak edəcək. Qeyd edək ki, bu ilin avqustunda yeniyetmə güləşçilərin Dünya birinciliyi Bakıda keçiriləcək.

XƏBƏR LENTİ