Respublika İdman Tibb Mərkəzinin təməl qoyma mərasimi keçiriləcək

Sayta qoyulub: 10:24 20.06.2012 (196 dəfə oxunub)

 

Sabah – iyunun 21-də Respublika İdman Tibb Mərkəzinin təməl qoyma mərasimi keçiriləcək. Məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.
 Məlumatda bildirilir ki, mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov da iştirak edəcək. Tədbir saat 13:30-da başlayacaq.

XƏBƏR LENTİ