"Azəryol"un ilk oyununun vaxtı bilindi

Sayta qoyulub: 10:30 03.02.2016 (114 dəfə oxunub)

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda oynayacaq “Azəryol”un ilk qarşılaşmasının vaxtı dəqiqləşib. Bakı təmsilçisi İtaliyanın “Novara” klubunu fevralın 11-də qəbul edəcək. “Azərreyl”in idman bazasında olacaq qarşılaşma saat 18:00-da başlayacaq. Qeyd edək ki, Ziya Rəcəbovun komandası səfər matçına fevralın 23-də saat 23:30-da çıxacaq. 

XƏBƏR LENTİ