Gənclərin Avropa çempionatında üçüncü gün: 1 gümüş

Sayta qoyulub: 08:22 22.06.2012 (248 dəfə oxunub)

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. İyunun 21-də sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.

51 kq çəki dərəcəsində Patimat Baqomedova finala qədər maneəsiz irəliləyib. Təmsilçimiz ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Patimat Baqomedova Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəsində 48, 55, 63 və 72 kq çəkidə görüşlər keçiriləcək.

XƏBƏR LENTİ