Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Nuripaşa Talıbov: Əminəm ki, azarkeşlər peşman olmayacaqlar

Sayta qoyulub: 21:57 18.02.2016 (307 dəfə oxunub)

 

 

 

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu  fevralın 19-da üçüncü görüşünə çıxacaq. Komandamızın rəqibi “Puerto Riko Hurricanes” olacaq.

Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Döyüşün uelsli supervayzeri Devid Frensis sabah 4 görüşün keçiriləcəyini bildirib. Qonaq komandanın 49 kq çəki dərəcəsindəki təmsilçisi Antoni Ortiz xəstələndiyi üçün Bakıya gələ bilməyib.

“Puerto Riko Hurricanes”in  baş məşqçisi Con Dovi boks həvəskarlarını maraqlı görüş gözlədiyini bildirib. O, qarşılaşmaya  0:1 hesabı ilə geridə başlamalarının komandaya mənfi təsir etməyəcəyini söyləyib.  

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov azarkeşləri Boks Mərkəzinə dəvət edərək, boksçulara dəstək olmağa çağırıb: “Qubada bizim görüşlər zamanı tribunalar tam dolurdu. Nədənsə, Özbəkistan komandası ilə qarşılaşmada arenanın yarısı boş idi. Boks sevərləri “Baku Fires”in görüşünə baxmağa çağırıram. Əminəm ki, gəlməyinizə peşiman olmayacaqsınız”. Komandamızın baş məşqçisi Abdulqadir Abdullayevin heyətə cəlb olunmasına da aydınlıq gətirib: “Abdullayev artıq xeyli vaxtdır ki, milli komandanın düşərgəsindədir. Əslində biz onu heyətə daxil etmək istəmirdik. Sadəcə, mayda APB və WSB boksçuları arasında Bolqarıstanda lisenziya turniri olacaq. Qaydalara görə, həmin boksçular bu mövsüm heç olmasa bir dəfə rinqə çıxmalıdırlar. Həm də Abdullayevlə komandamız daha güclü təsir bağışlayır”. 

Talibov bu dəfə də 56 kq çəki dərəcəsində Qazaxıstanda məğlub olan Yaraş Məhəmmədova şans verməsinə aydınlıq gətirib: “Həmin çəkidə bizdə Məhəmməd Qurbanov da var.  Amma o hazırda bərpa dövrü keçir. Yaraş da yaxşı boksçudur. Qazaxıstanda isə həm rəqibi güclü idi, həm də təcrübəsizlikdən uduzdu”.  

64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacıəliyev rəqibi Jan Riveranı yaxşı tanıdığını deyib: “Puerto rikolu boksçu bu mövsüm ilk görüşünə çıxacaq. Amma ötən çempionatda o komandanın əsas üzvlərindən idi. Kifayət qədər güclü boksçudur. Mən də yaxşı hazırlıq keşmişəm və inanıram ki, qalib gələcəyəm”. 

“Puerto Rico Hurricanes” klubunun 75 kq çəki dərəcəsindəki təmsilçisi fransalı Kristian Mbilli Avropa Oyunlarında millimizin üzvü Xaybulla Musalova uduzmuşdu. Bu dəfə isə onun rəqibi Nikolay Veselov olacaq. Veselov məşqçiləri ilə birgə rəqibi ətraflı təhlil etdilklərini deyib: “Xaybulla ilə danışmamışam. Amma Mbillanın görüşlərini izləmişik. Onunla döyüşə hazıram. Rəqibim sürətli boksçudur. Mən də özümə inanıram”. 

Xastırladaq ki, “Baku Fires – “Puerto Riko Hurricanes” görüşü fevralın 19-da saat 19:00-da Boks Mərkəzində start götürəcək.

Komandaların heyəti 
49 kq: Rəsul Saliyev – Antoni Ortiz (Bakıya gəlməyib)
56 kq: Yaraş Məhəmmədov – Edqardo Rolon 
64 kq: Heybətulla Hacıəliyev – Jan Rivera 
75 kq: Nikolay Veselov – Krostian Mbilli 
91 kq: Abdulqadir Abdullayev – Roman Fress 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat