Bakı və Lokomotiv Çelenc kubokunda ilk oyuna çıxacaqlar.

Sayta qoyulub: 07:08 14.03.2012 (287 dəfə oxunub)

Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda yarımfinal mərhələsinin ilk oyununa çıxır.Təmsilçimiz bu mərhələdə Almaniyanın “Zulh” komandası ilə qarşılaşacaq.

 
Xatırladaq  ki, “Bakı” bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində növbəti mərhələyə yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u və Xorvatiyanın “Rijeka” komandası “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi. 1/4 final mərhələsində də Rusiyanın “Omiçka” komandası bakılılarla bacarmamışdı.
 “Lokomotiv” klubu isə  Belçikanın “Gent” klubu ilə mübarizə aparır.
 
Qeyd edək ki, “Lokomotiv” bu mövsüm öncə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində mərhələ adlamışdı. Ardından isə Xorvatiya “Split”i, Serbiyanın “Vizura” klubu və Çexiyanın “Kralovo Pole” komandası “dəmiryolçular”ın qarşısında duruş gətirə bilməmişdi.
 
Çellenc kuboku
1/2 final (ilk oyun)
14 mart
 
23:30. Gent – Lokomotiv
 
Çellenc kuboku
1/2 final (ilk oyun)
14 mart
 
22:30. Zulh – Bakı

XƏBƏR LENTİ