Barselona, 22.02.2016, nahara qədər ilkin nəticələr

Sayta qoyulub: 18:03 22.02.2016 (161 dəfə oxunub)

Gecə yağan güclü yağışdan sonra səhər tras hələ sulu olub, amma proqrama dəyişiklik etmək lazım olmayıb. Yerli vaxtla saat 9:00-da pit-leynin çıxışında yaşıl işıq yanıb, komandalar yeni maşınlarını trasa göndərməyə hazırlaşıblar.

 

F-1.az bildirir ki, sessiyanın əvvəlində sürücülər keçid təkərlərlə bir-iki dövrə vuraraq boksa qayıdıblar – hamı əvvəlcə baza sistemlərin işləməsini yoxlayıb. Keçən ilk test günü  Rosberq 157 dövrə qət etməklə rəqiblərini şoka salmışdı, bu gün həmin hadisə təkrar ola bilər, çünki nahara qədər Həmilton artıq 66 dövrə vurub.

Bu gün təqdim olunmuş VJM09 bir ssatdan sonra trasda görünüb, Manor komandası isə fotosessiyasız birbaşa trasa tələsib.

Nahara yaxın havanın temperaturu +20 dərəcəyədək qızıb. İlk olaraq sliklərə Valtteri Bottas keçib. Asfalt qızdıqca sürətlər də artıb.

Ferrari dünən trasda ilkin yoxlamaları keçirdiyi üçün aerodinamik elementlərin effektliyinin qiymətləndirilməsinə başlayıb – maşında çoxlu əlavə cihazlar qurulub. Williams komandası da nahara yaxın aerodinamik yenilikləri yoxlamağa başlayıb.

Dörd saat ərzində qırmızı bayraqlar da dalğalanıb – Roman Qrojan yeni Haas maşınını burunsuz qoyub, marşallar isə trası qırıntılardan təmizləməli olublar.

Motorun səsinə gəlincə, səs doğrudan da artıb. Birsaatlıq fasilədən sonra testlər davam edəcək…

 

Sürücü Komanda Zaman Fərq Dövrə
1. S.Fettel Ferrari 1:24.939 36
2. L.Həmilton Mercedes 1:25.409 + 0:00.470 66
3. V.Bottas Williams 1:26.091 + 0:01.152 43
4. D.Rikkardo Red Bull 1:26.704 + 0:01.765 20
5. K.Sayns Toro Rosso 1:27.180 + 0:02.241 35
6. C.Batton McLaren 1:27.691 + 0:02.752 35
7. M.Eriksson Sauber 1:28.165 + 0:03.226 36
8. R.Qrojan Haas 1:28.399 + 0:03.460 13
9. A.Selis Force İndia 1:29.406 + 0:04.467 21
10. C.Palmer Renault 1:31.351 + 0:06.412 15
11. P.Verlyayn Manor 1:33.455 + 0:08.516 7

 

XƏBƏR LENTİ