Barselona, 25.02.2016, nahara qədər ilkin nəticələr

Sayta qoyulub: 14:42 25.02.2016 (154 dəfə oxunub)

Barselonada mövsümöncəsi testlərin ilk seriyasının son günü nahar fasiləsinı dayanıb. F-1.az bildirir ki, səhər hava bir qədər soyuq olub, nahara yaxın bir qədər qızıb. Komandalar yavaş-yavaş test proqramlarını başa vururlar, axşam mühəndislər toplanmış məlumatlarla bazalarına yollanacaqlar, gələn həftə isə komandalar yenə də Barselonada toplaşacaqlar.

 

 

 
 

Mercedes AMG komandası yenə də günü sürücüləri arasında bölüb – səhər Lyuis Həmilton komandanın hazırladığı yeni ön antiqanadı test edib. Nahardan sonra Lyuisi Niko Rosberq əvəz edəcək – komanda yenə də sürət üzərində işləməyərək böyük məsafə qət etməklə W07 barədə maksimum məlumat toplamağa çalışır.

Daniil Kvyat Red Bull-un dünənki proqramını davam etdirib, amma yenə də kiçik problemlər üzə çıxıb. Force İndia komandası sükanı yenə də test sürücü Alfonso Selisə etibar edib – 19 yaşlı meksikalı testlərin ilk günü də trasda işləmidi, əsas sürücülər isə gələn həftə tam işləyəcəklər.

Dünən McLaren Honda nahardan sonra hidravlik problemlərlə üzləşmişdi, bu gün səhər soyutma sistemindəki problemlər Alonsonun trasa çıxmasına mane olub. Fernando onu gözləyən tamaşaçıların gözləri önündə cəmi 3 dövrə vurub.

Sessiyanın sonunda təşkilatçılar virtual təhlükəsizlik rejimini sisteminin yoxlanamsı üçün sessiyanın müddətini 5 dəqiqə uzadıblar.

Protokollara isə Kimi Rəykkönen başçılıq edib – finlandiyalı sürücü UltraSoft təkərlərlə qısa dövrələr seriyasında 1:23.477 nəticə göstərib. Maqnussen, Nasr və Haryanto Soft təkərlərindən istifadə ediblər, digər sürücülər is yalnız Medium-la işləyiblər. İlk dörd saatda ən böyük məsafəni Lyuis Həmilton qət edib.

Nahardan sonra testlər davam edəcək…

Sürücü Komanda Zaman Fərq Dövrə
1. K.Rəykkönen Ferrari 1:23.477 58
2. K.Maqnussen Renault 1:25.263 + 0:01.786 67
3. M.Ferstappen Toro Rosso 1:25.393 + 0:01.916 75
4. D.Kvyat Red Bull 1:25.900 + 0:02.423 57
5. F.Nasr Sauber 1:26.053 + 0:02.576 50
6. L.Həmilton Mercedes AMG 1:26.295 + 0:02.818 99
7. A.Selis Force İndia 1:26.875 + 0:03.398 36
8. R.Haryanto Manor 1:28.266 + 0:04.789 43
9. F.Massa Williams 1:28.684 + 0:05.207 33
10. E.Qutyerres Haas 1:29.088 + 0:05.611 26
11. F.Alonso McLaren  – 3

 

XƏBƏR LENTİ