Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Sərbəst güləşçilərin yeni reytinq cədvəli açıqlandı

Sayta qoyulub: 10:38 02.03.2016 (226 dəfə oxunub)

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O öz çəkisində reytinqin birincisidir. 


Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov reytinqdə bir pillə geriləyib. 97 kq çəkinin reytinq siyahısında ilk onluğa daxil olan daha bir güləşçimiz Şərif Şərifov olub. 


Ötən ay İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan  beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə çempion olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilərimiz müvafiq olaraq 86 kq çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerləri bölüşüb. Bu çəkidə siyahıda daha 2 güləşçimizin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada qərarlaşıb. 


61 kq 
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)


65 kq 
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)


70 kq 
9. Hacımurad Ömərov - Yaşar Doğu turniri 2-ci yer (nr)


74 kq 
14. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)


86 kq 
10. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (14)
12. Nurməhəmməd Hacıyev - Aleksandr Medved turniri 1-ci yer (18)
13. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (7)
16. Həmzət Osmanov - Yaşar Doğu turniri 3-cü yer (nr)


97 kq 
4. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
10. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)


125 kq 
3. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)


Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat