Qalatasaray 1 illiyinə avrokuboklardan uzaqlaşdırıldı

Sayta qoyulub: 14:57 02.03.2016 (159 dəfə oxunub)

UEFA “Qalatasaray”a ağır cəza tədbiq edib.

UEFA-nın verdiyi məlumata görə maliyyə “fair-play” qaydalarına əməl etmədiyi üçün İstanbul klubu bir il müddətin' Avropa kubokları yarışlarından xaric edilib.

Bu gün rəsmən açıqlanan qərar "Qalatasaray"ın avrokuboklara vəsiqə qazandığı ilk il üçün tədbiq ediləcək. Əgər "sarı-qırmızılılar" dalbadal iki il avrokuboklarda iştirak hüququ qazanmasa, o zaman bu qərar ləğv olunacaq.Qeyd edək ki, bu mövsüm Qalatasarayın avrokuboklara düşmə şansı da azdır. Komanda ölkə kubokunda qələbəyə ümid etməlidir.

 

Qalatasaray 1 illiyinə avrokuboklardan uzaqlaşdırıldı

XƏBƏR LENTİ