“Səhvə görə oyunçunu əvəzləmək fikrindən uzağam" – Qriqorçuk

Sayta qoyulub: 19:30 02.03.2016 (29 dəfə oxunub)

“Oyundan razı qaldıq. Kubok matçları həmişə gərgin və çətin olur. Bu görüş indiki halda qarşılaşmaların çox olduğu vaxta təsadüf etdi. Bu gün bizim üçün hər şey yaxşı oldu. Layiqli qələbə qazandıq. Həmişə daha yaxşı olmasını istəyirik".


Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

"Cinah oyunçularının keçidlər etməsi, qol vurub, ötürmələr verməsini istəsək də, həmişə belə olmur. Təbii ki, biz də daha yaxşısını istəyirik. Bu gün isə cinahda çıxış edənlərə iradım yoxdur. Sergey Zenyovla Dodo yaxşı çıxış etdi. Bu mövqe üstünlüyündə hücumlarda kəsərin olmaması problemi üzərində işləmələyik. Hücumçu bir neçə oyun qol vurmayanda təzyiq altında olur. Mən də onlara təzyiq edib, gərginlik yaratmır, dəstək olmağa çalışıram. Rəqibin əks-hücumda oynadığını, Ruslan Abışovun nisbətən yorulduğunu nəzərə alıb, onu əvəzlədim. Səhvə görə oyunçunu əvəzləmək fikrindən uzağam" deyə o bildirib.

R.Qriqorçuk digər məşqçilərlə həmfikir olub, iki yarışda titul qazanmaq imkanından birinə üstünlük verməsini təsəvvür edə bilmədiyini vurğulayıb:

" Hər məşqçi bütün yarışlarda qələbə qazanmaq istəyir”

 

“Səhvə görə oyunçunu əvəzləmək fikrindən uzağam" – Qriqorçuk

XƏBƏR LENTİ