Avro 2016-nın bütün iştirakçıları qalacaqları yeri elan etdi

Sayta qoyulub: 12:13 03.03.2016 (86 dəfə oxunub)

Avropa çempionatında iştirak edən bütün komandalar turnir zamanı qərarlaşacaqları bazaları müəyyənləşdirib.Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.


Meydan sahibləri Fransa yığması ənənəvi olaraq Klerfontendəki bazada qalacaq. Son dünya çempionatının qalibi Almaniya millisinin düşərgəsi isə İsveçrə ilə sərhəddə yerləşən Evian-le-Benedə olacaq.

 

Titulun hazırki sahibi İspaniya yığma komandası kiçik Sen-Маrten-de-Re qəsəbəsini seçib. Bu kənd YUNESKO-nun siyahısına salınıb və Atlantik okeanın sahilində yerləşir.


Avro 2016-nın bütün iştirakçıları qalacaqları yeri elan etdi

XƏBƏR LENTİ