Asturiyalı elçi

Sayta qoyulub: 13:23 03.03.2016 (157 dəfə oxunub)

Asturiyalı elçi

 

Fernando Alonso  sonuncu dəfə  10 il bundan əvvəl çempion olub. Lakin indiyə qədər o , öz sahəsinin ən reytinqli və məşhur idmançısıdır. Ən zəif maşınlardan birində yarışmasına baxmayaraq yenə də hamı onu ötməyi özünə şərəf sayır.


Fernando Alonso 1981-ci il iyulun 29-da İspaniyanın ən qədim bölgələrindən biri olan Asturiyada anadan olub. Ölkənin şimalında yerləşən Ovyedodan bir sıra tanınmış simalar çıxıb. Lakin ümumilikdə bu şəhər və vilayət İspaniyanın əzmkarlığını ifadə edib. Belə ki, həm  mavrlar , həm də faşistlərin istilası zamanı buralar yerli camaatın sığınacağına və qalasına çevrilib. Fernando Alonso bu zonanın ən məşhur insanlarından biridir.


Asturiyalı elçi

 

O , ailəsinin 2-ci övladı olub. Fernandoya qədər Con Luis və Ananın Lorena adlı bir qızı var idi. Atası Con Luis həvəskar bir kartinqçiydi. Övladlarının da bu sahəyə maraq göstərməsini istəyirdi. Bu səbəbdən də mədəndə partladıcı işləyən Con Luis özü bir kart düzəldir. O , bunu 8 yaşlı qızı Lorena üçün hazırlamışdı. Lakin qızın karta marağı olmur . Həmin vaxt 3 yaşı olan Fernando isə kart ilə əməlli-başlı maraqlanmağa başlayır. Tədricən Fernando atasının köməkliyi sayəsində kartinq yarışlarına qatılmağa başladı. Bunun da nəticəsi kimi 1994-cü ildə İspaniya çempionu oldu. Bu titul sponsorların da gəlməsinə şərait yaratdı və Fernandonun karyerasında yüksəliş başlandı.


Asturiyalı elçi

 

1999-cu ildə Euro Open Movistar turnirində qələbəsi növbəti il Formula 3000 yarışlarına qatılmasına şərait yaratdı. Burada istedadı ilə dərhal hər kəsin diqqətini cəlbn edən Fernando növbəti il üçün Formula 1-ə transfer edildi. Elə də güclü olmayan Minardidə  komanda yoldaşlarını qabaqlamaqla özünü tanıtdı. Çox keçmədən Flavio Briatore bu istedadı Reno komandasına gətirdi. İlk ildə 3-cü pilot olan Alonso növbəti mövsümdə artıq güclü rəqiblərinə başağrısı olmağa başladı. İspaniyalı pilot Renoda bir sıra rekordları ilə diqqət çəkdi. Ən əsası isə Mixael Şumaxerin hegemonluğuna son qoydu və dünya çempionluğu titulunu əldə etdi.


Asturiyalı elçi

 

Karyerasında 2 dəfə çempion olan Fernando bir neçə dəfə də bu titulu qazanmağa yaxın olub. Lakin kiçik detallar onu növbəti çempionluqdan edib. Bundan sonra onun çempion olacağı ehtimalı elə də yüksək deyil. Buna baxmayaraq Formula 1-in gəldiyi hər bir yerdə ən çox arzu olunan şəxsdir. Bütün dünyada ən çox azarkeş kütləsinə malik asturiyalı bunu həm xarici cazibədarlığı , həm də sürücülük ustalığı ilə qazanıb.


Asturiyalı elçi

XƏBƏR LENTİ