U-17 yenə Ukraynaya uduzdu

Sayta qoyulub: 17:58 03.03.2016 (40 dəfə oxunub)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirilib. Millimiz Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb. Bakı Olimpya Stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Denis Yanakovun matçın 22-ci dəqiqəsində vurduğu qol Ukrayna millisinə minimal hesablı qələbə qazandırıb - 1:0. Qeyd edək ki, millimiz iki gün əvvəl yoxlama oyununda Ukraynaya 0:2 hesabı ilə uduzub.

3 mart

Yoxlama oyunu

16:00. Azərbaycan (U-17) – Ukrayna (U-17) - 0:1
Qol: 
Denis Yanakov, 22 (0:1)
Hakimlər: Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərov
Bakı Olimpiya Stadionu
 

XƏBƏR LENTİ