Pirelli bizim yarışa gətirəcəyi təkərləri bəyan edib

Sayta qoyulub: 21:23 03.03.2016 (80 dəfə oxunub)

İyun ayında ölkəmizdə debüt edəcək Avropa Qran Prisinə 100 gündən bir qədər artıq vaxt qalır. Reqlamentə uyğun olaraq çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti Bakıya gətirəcəyi təkər tərkiblərini açıqlayıb…

 

F-1.az şirkətin rəsmi saytına istinadən bildirir ki, Bakıda komandalara MediumSoft və SuperSoft tərkibləri təklif olunacaq, Medium və Soft tərkiblərindən ən azı bir dəst hər bir sürücü tərəfindən bazar günü yarışın gedişində istifadə olunmalıdır.

Pirelli bir daha xatırladıb ki, builki qaydalara əsasən, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi   SuperSoft Soft Medium  
Bəhreyn Qran Prisi   SuperSoft Soft Medium  
Çin Qran Prisi   SuperSoft Soft Medium  
Rusiya Qran Prisi   SuperSoft Soft Medium  
İspaniya Qran Prisi hələ elan olunmayıb
Monako Qran Prisi hələ elan olunmayıb
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft    
Avropa Qran Prisi   SuperSoft Soft Medium

 

XƏBƏR LENTİ