Kaka yenidən Braziliya millisinə dəvət edildi

Sayta qoyulub: 21:31 03.03.2016 (193 dəfə oxunub)

Braziliya millisinin "DÇ-2018"in seçmə mərhələsində Uruqvay və Paraqvayla oyunlar üçün heyəti açıqlanıb.

Millinin baş məşqçisi Karlos Dunqa 23 futbolçuya dəvət göndərib:

Qapıçılar: Alisson ("İnternasional"), Dieqo Alves ("Valensiya"), Marselo Qroe ("Qremio").

Müdafiəçilər: David Luis, Markinyos (hər ikisi PSJ), Miranda ("İnter"), Felipe Luis ("Atletiko" Madrid), Jil ("Şandun Lunen"), Danilo ("Real" Madrid), Daniel Alveş ("Barselona"), Aleks Sandro ("Yuventus").

Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Luis Qustavo ("Volfsburq"), Oskar, Villian (hər ikisi "Çelsi"), Lukas Lima ("Santos"), Renato Auqusto ("Beyszin Quoan"), Kaka ("Orlando Siti"), Filippe Koutinyo ("Liverpul"), Duqlas Kosta ("Bavariya")

Hücumçular Rikardo Oliveyra ("Santos"), Halk ("Zenit"), Neymar ("Barselona").

 

Kaka yenidən Braziliya millisinə dəvət edildi

qol.az

XƏBƏR LENTİ