Ferrari sürücünün başının müdafiəsi sistemini test edib

Sayta qoyulub: 21:32 03.03.2016 (90 dəfə oxunub)

Barselona testlərinin ikinci seriyasının üçüncü günü Ferrari komandası sürücünün başının müdafiəsi sistemini test edib – 2017-ci ilin reqlamentində belə bir müdafiə sistemi məcburi ola bilər. Yenilik paddokda birmənalı qarşılanmayıb, amma Ferrari xəbərdarlıq edib ki, bu, müvəqqəti qərardır…

 

F-1.az xatırladır ki, digər komandalar eyni qərarlarını simulyatorlarında yoxlayıblar, Ferrari isə birbaşa testdə yoxlamağı qərara alıb.

Komandanın nümayəndəsi jurnalistlərə bildirib: “Bu, müvəqqəti qərardır, məqsəd isə kokpitdən sürücünün görüntüsünü qiymətləndirməkdir. Son qərarımız gələnilki maşının konstruksiyasında yer alacaq və daha yaxşı görünəcək. Kimi Rəykkönen dedi ki, bu element onun görüntüsünə heç bir təsir etməyib və ona mane olmayıb…”

 

 

XƏBƏR LENTİ