Cüdoçularımız Avropa kubokunda 8 medal qazandılar

Sayta qoyulub: 20:23 06.03.2016 (47 dəfə oxunub)

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib. Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Ölkəmizi təmsil edən Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şahanə Hacıyeva (44 kq) qızıl, Raşxan Baxışəliyev (50 kq) və Yaqub Cavadov (60 kq) gümüş, Fərid Qəzənfərov (50 kq) və Yaşar Nəcəfov (55 kq) isə bürünc medal qazanıblar. Elvin Mirzəyev (60 kq), Knyaz Mahmudlu (66 kq) və Fəridə Səfərova (52 kq) 5-ci yerlə kifayətlənməli olublar.

Mehdi Zeynalov (50 kq) isə 7-ci olub. Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivinə 8 medal (4 qızıl, 2 gümüş və 2 bürünc) yazdıraraq komanda hesabında birinci yerdə gedir.


XƏBƏR LENTİ