Barselona Busketsin müqaviləsini 16 milyona qədər qaldırmaq istəyir

Sayta qoyulub: 20:37 08.03.2016 (140 dəfə oxunub)

Barselonanın xavbeki Serji Buskets yayda komandasıyla yeni müqavilə imzalaya bilər.

 

 

Məlumata görə klub prezidenti Xosep Mariya Bartomu onu komandanın ən yüksək ödənişli futbolçularından biri etmək istəyir.

 

 

Barselona yarımmüdafiəçiyə ildə 16 milyon avro ödəməyə hazırdır.Beləliklə də  o , İnyesta, Pike və Suares qədər məvacibə malik ola bilər.

 

Əgər bu baş verərsə , onda Busketslə son 3 ildə 3-cü dəfə müqavilənin yenilənməsi olacaq.2013-cü ildə o , sözləşmənin müddətini 2019-cu ilə qədər artırmış , ötən il isə məvacibini qaldırmışdı.

 

Barselona Busketsin müqaviləsini 16 milyona qədər qaldırmaq istəyir

XƏBƏR LENTİ