Quardiola Hollandiyada ulduz futbolçunun transferini həll etdi

Sayta qoyulub: 11:58 09.03.2016 (429 dəfə oxunub)

Pep Quardiola yeni komandası Mançester Siti üçün indidən heyət formalaşdırır. İspaniyalı mütəxəssis Borussiya Dortmundun futbolçusu İlkay Gündoğanın transferində anlaşma əldə edib.

 

Almaniyanın Bild qəzeti Quardiolanı Amsterdamda görüntüləyib. Hollandiya paytaxtında MS idman direktoru Begiristayn , Quardiola və İlkayın həm də agenti olan əmisi ilə 45 dəqiqəlik söhbət ediblər. Görüş nəticəsində mövsümün sonunda yarımmüdafiəçinin İngiltərə klubuna keçəcəyinin prinsipial razılığı əldə edilib. Məlumata görə MS Borussiyaya İlkay üçün 30 milyon avro təklif edəcək. 

 

Bundan başqa Quardiolanın Hollandiyaya PSV-dən Jetro Uilyams və Ayaksdan Bazoer üçün getdiyi də qeyd edilir.


Quardiola Hollandiyada ulduz futbolçunun transferini həll etdi

XƏBƏR LENTİ