Qurban Qurbanov: "Bu qədər səhv etdiyimizi xatırlamıram"

Sayta qoyulub: 18:00 09.03.2016 (144 dəfə oxunub)

“Qalib gəlsək də, qapımız qarşısında xeyli qol epizodunun şahidi olduq. Doğrudur, ilk baxışdan rahat qələbə qazandığımızı düşünmək olar. Amma bu qədər səhvə yol verdiyimiz oyunu xatırlamıram”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”a 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

- Ola bilər, oyunçular sıx qrafiklə oynadıqları üçün bir qədər psixoloji yorğunluq var idi. Fasilədə futbolulara bəzi iradlarımı bildirdim. Hesab 4:0 olduqdan sonra da oyuna nəzarəti itirdik. Lakin tədricən təşəbbüsü ələ ala bildik.

- Elvin Yunuszadəni meydana buraxdınız və məhz onun səhvindən sonra qapınızda qol gördünüz...

- Tək Elvin deyil, digər futbolçuların da səhvləri oldu. Sadəcə, Yunuszadənin bəxti gətirmədi ki, məhz onun səhvi qolla nəticələndi.

- Hesab 4:0 olarkən, Riçard Almeydaya şans verdiniz. Olmazdımı ki, daha az şans qazanan oyunçunu meydançaya buraxaydınız?

- Bu, əvvəlcədən planlaşdırılmış əvəzetmə idi. Planlaşdırılmayan yalnız Rəşad Sadıqovun əvəzetməsi idi. O, bir qədər əzələsində ağrılar hiss etdiyi üçün fasilədə əvəzetmə qərarı verdik.

XƏBƏR LENTİ