İdman Azərbaycan kanalı Formula 1 yarışlarının yayım hüququna sahib çıxdı

Sayta qoyulub: 10:25 10.03.2016 (68 dəfə oxunub)

İdman Azərbaycan kanalı Formula 1 yarışlarının yayım hüququna sahib çıxdı

 

Gələn həftə Formula 1 üzrə növbəti dünya çempionatına start verilir.

Bu il 21 qran pridən 1-inin paytaxtımızda keçirilməsi əlamətdar hadisədir .

Bu səbəbdən də azarkeşlər çempionatın startını maraqla gözləyir.

Daha bir maraqlı məqam yarışların hansı telekanal vasitəsilə yayımlanmasıdır.

Artıq buna da aydınlıq gəlib. Son 6 ildə  tamaşaçılara Formula 1 həyacanı bəxş edən İdman Azərbaycan kanalı bu dəfə də onları sevindirəcək. 

Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də İdman Azərbaycan kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.


 

XƏBƏR LENTİ