Salih Bora: “Heyətlə bağlı son qərarımızı vermişik”

Sayta qoyulub: 20:59 23.06.2012 (270 dəfə oxunub)

 Salih Bora: “Heyətlə bağlı son qərarımızı vermişik”

Yunan-Roma güləşi üzrə yığma komandamız Bolqarıstanda təşkil olunan təlim-məşq toplanışından qayıdıb. “Klassiklər”imizin türkiyəli baş məşqçisi Salih Bora olimpiada öncəsi ölkə xaricində keçirilən son toplanışla bağlı fikirlərini bildirib: “Bolqarıstanda 2000 metr yüksəklikdə hazırlıq keçdik. Bizimlə yanaşı burada Türkiyə, Bolqarıstan, Serbiya və Xorvatiya milliləri də var idi. Çox gözəl bir hazırlıq keçdik. Son hazırlığı Bakıda keçib, inşallah, olimpiadaya yollanmağı düşünürük”. İndi hər kəsi bir sual düşündürür. Olimpiadaya kimlər gedəcək? Baş məşqçi bu sualdan yayındı: “Heyətlə bağlı son qərarımızı vermişik. Amma hələ açıqlamamışıq. Son hazırlığımız başlayanda qərarı açıqlayacağıq”. 
Mütəxəssis komandanın durumundan razıdı. Bora olimpiadada yüksək yerlər haqda düşünür: “İdmançıların hal-hazırkı səyləri, əzmkarlıqlarını çox bəyənirəm. Özəlliklə Bolqarıstanda keçdiyimiz yüksəklik toplanışında çox yaxşı hazırlaşdıq. İnşallah, bu da özünü olimpiadada göstərəcək”.

XƏBƏR LENTİ