"İnter" gürcü futbolçu ilə mübahisəni həll edə bilmir

Sayta qoyulub: 11:46 10.03.2016 (146 dəfə oxunub)

"İnter"in sabiq hücumçusu Baçana Sxadadzenin ona olan borc səbəbindən paytaxt klubundan FİFA-ya şikayət etdiyini xəbər vermişdik. Paytaxt klubu bu problemi yoluna qoymaq üçün gürcü hücumçu ilə danışıq aparıb.

Belə ki, "İnter" rəhbərliyi Sxadadzeyə müəyyən məbləğ ödəməyə hazır olduğunu təklif edib. Məbləğ açıqlanmasa da, az olmadığı bildirilir. Lakin gürcü oyunçu müqavilə ilə ona olan borcun qəpiyinə kimi qaytarılmasını tələb edərək, bakılıların təklifini rədd edib.

XƏBƏR LENTİ