Real yayda Navasa yeni müqavilə təklif edəcək

Sayta qoyulub: 07:35 11.03.2016 (98 dəfə oxunub)

Real" (Madrid) qapıçısı Keylor Navasla müqavilə yeniləməyə hazırlaşır.

"Kral klubu" kosta-rikalı qolkiperə mövsümün sonunda yeni müqavilə təklif edəcək.

Navasın çıxışından razı qalan "Real"ın baş məşqçisi Zinəddin Zidan da başqa qapıçıya ehtiyac duymadıqlarını bildirib. Klubla mövcud müqaviləsi 2020-ci ildə başa çatacaq 29 yaşlı qapıçı ilinə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Kosta-Rika millisinin qapıçısı olan Navas 2014-cü ildən "Real"ın şərəfini qoruyur.

 

Real yayda Navasa yeni müqavilə təklif edəcək

 

qol.az

XƏBƏR LENTİ