Braziliyalı futbolçu rəsmən Rusiya millisində

Sayta qoyulub: 13:56 11.03.2016 (153 dəfə oxunub)

"Lokomotiv"in braziliyalı qapıçısı Marinato Qilyerme Rusiya millisinə dəvət alıb.

Yığmanın baş məşqçisi Leonid Slutski ilk dəfə Qilyermeyə dəvət göndərib.

2007-ci ildən "Lokomotiv"də çıxış edən 30 yaşlı milliləşdirilmiş qolkiper yığmaya çağırılması ilə bağlı bunları deyib: "Əlbəttə, bu böyük məsuliyyətdir. Komandaya faydalı olmaq üçün bütün gücümü qoyacam. Artıq uzun müddətdir ki, özümü rusiyalı hiss edirəm və bu ölkənin yığmasında oynamaq istəyirdim. İndi bundan zövq alıram".

Qeyd edək ki, Qilyermenin bu ay Litva və Fransa ilə keçiriləcək yoldaşlıq görüşlərində debüt etmək şansı var.  

 

 

Braziliyalı futbolçu rəsmən Rusiya millisində

qol.az

XƏBƏR LENTİ