AFFA Hakimlər Komitəsinə yeni sədr təyin olunub

Sayta qoyulub: 17:48 11.03.2016 (63 dəfə oxunub)

AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında yeni təyinat gerçəkləşib. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Hakim-İnspektorlar Komitəsinin sədr vəfizəsində dəyişiklik baş verib. Komitə sədri Gülağa Cabbarov vəzifəsindən kənarlaşdırılıb və onu Əli Hüseynov əvəzləyib. Bəşir Əliyev, Tofiq Şükürov, Əsgər Əmirəliyev və Vüsal Əliyev isə komitənin üzvləri təyin olunub. Qeyd edək ki, Əli Hüseynov daha öncə Hakimlər Komitəsinin sədri kimi də fəaliyyət göstərib.

XƏBƏR LENTİ