Nyukaslın yeni baş məşqçisi Benites oldu

Sayta qoyulub: 19:14 11.03.2016 (131 dəfə oxunub)

"Real"ın sabiq baş məşqçisi Rafael Benitesin yeni komandası müəyyənləşib. İspaniyalı mütəxəssis gözlənildiyi kimi "Nyukasl"ın baş məşqçisi təyin edilib.

 

Məlumatı  klubun rəsmi saytı yayıb. Beniteslə  üç illik müqavilə imzalanıb. O, bu gün istefaya göndərilən Stiv Maklareni əvəzləyib.

 

Xatırladaq  ki, "Nyukasl" hazırda İngiltərə Premyer Liqasının  turnir cədvəlində 19-cu pillədə qərarlaşıb. 


Nyukaslın yeni baş məşqçisi Benites oldu

XƏBƏR LENTİ